"Qəbələ"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Dinamo" (Gürcüstan) səddini keçəcəyi təqdirdə, növbəti mərhələdəki potensial rəqibi olan "Feyenoord" heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Hollandiya təmsilçisi Leroy Feri transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
 
"Feyenoord"un yetirməsi olan Ferin son klubu çempionşip təmsilçisi "Suonsi Siti" olub. O, "Feyenoord"a azad agent kimi keçib.
 
"Qəbələ" Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Dinamo"ya 0:2 hesabıyla məğlub olub. Komandalar arasındakı cavab matçı avqustun 1-də Gürcüstanda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest