İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Patrik Kluyvert yenidən Kataloniya təmsilçisinə qayıdıb. Matc.az xəbər verir ki, Hollandiya millisinin sabiq üzvü Kataloniya klubunun akademiyasında idman direktoru olaraq çalışacaq. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kluyvertlə 2021-ci ilin yayına qədər müqavilə imzalanıb.
 
1998-2004-cü illər aralığında "Barselona"da çıxış etmiş hollandiyalı futbolçu 308 oyuna 145 qol vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest