Futbol üzrə çernoqoriya yığmasının yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, çernoqoriya Futbol Federasiyası bu postu Bosniya və Herseqovinadan olan Faruk Hadzibeqiçə tapşırıb.
 
61 yaşlı mütəxəssislə müddəti 2020-ci ilin sonunda başa çatacaq müqavilə imzalanıb. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
 
Hadzibeqiç ölkəsinin yığma komandasında, həmçinin Türkiyənin "Qaziantepspor", "Dənizlispor" və "Diyarbəkirspor" klublarında da çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest