Yüksək tirajlı "FourFourTwo" portalı son 25 ildə dünyanın ən güclü 101 futbolçusunun adlarını dərc edib. Matc.az saytı xəbər verir ki, hələlik 21-101-ci yerləri tutan oyunçuların adları açıqlanıb.

Siyahıda ötənlərin məşhur futbolçuları qərarlaşıb. Karyerasını davam etdirənlərdən Serxio Ramos (24-cü yer), Canluici Buffon (25), Neymar (27), Luis Suares (30), Jerar Pike (34), Qaret Beyl (37), İker Kasilyas (40), Aryen Robben (44), Robert Levandovski (54), Zlatan İbrahimoviç (55), Dani Alveş (62), David Silva (65), Serxio Aquero (66), Tomas Müller (67), Eden Azar (78), Manuel Noyer (79), Frank Riberi (87), Dieqo Qodin (90), Yaya Ture (93) və Məhəmməd Salah (100) 21-101-ci yerlər arasında qərar tutublar.

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams da cədvələ düşüb. "Arsenal"ın əfsanəvi kapitanı ən yaxşı 96-cı futbolçu sayılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest