Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama görüşünə çıxıb. Matc.az saytının məlumatına görə, paytaxt təmsilçisi yerli komanda ilə qarşılaşıb.

Belə ki, rəqib "Adana Dəmirspor" olub. Adanalılarla oyun "Termal" otelin meydançasında baş tutub. Beş qolun qeydə alındığı matçda zirəlilər məğlubiyyətlə üzləşiblər. "Zirə"nin qollarını Şafik Tiqrudca və Soni Norde vurub.

Bu, "Zirə"nin Türkiyə toplanışı çərçivəsində ikinci sınaq matçı olacaq. Samir Abasovun yetirmələri ilk görüşdə "Konkordiya" (Rumıniya) ilə qolsuz bərabərə qalıb.

 

Yoxlama görüşü

26 iyul

"Zirə" - "Adana Dəmirspor" (Türkiyə) 2:3
Türkiyə. "Termal" otelin meydançası.

Zirə: 1. Orxan Sadıqlı, 4. Elvin Camalov, 5. Anastasios Papazoğlu, 7. Cavid Hüseynov, 11. Soni Norde, 18. Xulio Sezar Rodriqes, 23. Mfo Kqasvane, 25. Miloş Bakraç, 27. Adrian Skarlatake, 48. Şafik Tiqrudca, 70. Nicat Süleymanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest