"Tottenhem" yeni sponsorluq müqaviləsi imzalayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, London təmsilçisi titul sponsoru olan AIA ilə anlaşmanın müddətini daha 8 il uzadıb.

Klubun bu müddət ərzindəki ümumi qazancı 320 milyon funt-sterlinq təşkil edəcək. 2013-cü ildən AIA ilə əməkdaşlıq edən "Tottenhem" geridə qalan müddətdə ilinə 35 milyon funt-sterlinq qazanırdısa, bundan sonra illik gəliri 40 milyon olacaq.

Bu isə "Arsenal", "çelsi" və "Liverpul"la eyni göstərici deməkdi. Yalnız "Mançester Yunayted" "Chevrolet"lə titul sponsorluğundan ilinə 50 milyon funt-sterlinq qazanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest