çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la "Dandolk" arasında keçiriləcək cavab görüşünün biletləri satışa çıxarılıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, azarkeşlər bu gündən bilet əldə edə bilərlər.

Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 manatdı.

 

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Gənclik və 28 Mall (iticket satış məntəqəsi);

Park Bulbar AVM (iticket satış məntəqəsi);

ASAN 2, 3 (Yasamal, Amay t/m);

İticket.az (onlayn).

 

Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest