İspaniya La Liqasında 2019-20 mövsümündə keçiriləcək "El Klasiko"ların saatları açıqlanıb. Matc.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, ilk görüş oktyabrın 27-də olacaq.

Bazar gününə təsadüf edəcək "Nou Kamp"dakı qarşılaşmanın start fiti Bakı vaxtı ilə 18:00-da səslənəcək. İkinci dövrənin oyunu gələn il martın 1-də (bazar günü) "Santyaqo Bernabeu"da keçiriləcək və 22:45-də başlayacaq.

Qeyd edək ki, İspaniya La Liqasında yeni mövsümə avqustun 18-də start veriləcək. İlk turda "Barselona" "Atletik"in, "Real" isə "Selta"nın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest