"Qarabağ" kimi yüksək səviyyəli komanda ilə qarşılaşırsansa, seyvlər etmək məcburiyyətində olursan. İkinci qolu buraxmamağımız önəmli rol oynadı"

"Yüksək səviyyəli komanda qarşılaşacağımızı bilirdik. Amma çempionlar Liqasında həmişə belə olur". Matc.az saytı xəbər verir ki, bunu "Dandolk"un qapıçısı Qari Rocers deyib.

38 yaşlı qolkiper çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la keçirilən ilk oyunu dəyərləndirib. Rocers yerli mətbuata açıqlamasında nəticədən razı qaldıqlarını söyləyib: "Erkən qol buraxmağımız bizi məyus etdi. Bu baxımdan heç-heçə etməyimiz yaxşı oldu və indi pozitiv baxırıq. İkinci hissədəki çıxışımız mükəmməl idi. Daha yaxşı oynadıq, sakit davrandıq. Təhlükəli hücumlar qurduq və istədiyimiz qolu vurduq. Hətta daha artığını edə bilərdik. Topa lazımi qədər nəzarət edə bilmirdik. Ancaq ikinci hissədə həm topa, həm də oyunun tempinə nəzarət etməyimiz vacib idi. Əks-hücumda çıxış edən futbolçularımız fasilədən sonra ön plana çıxdılar. Nəticədə topa daha çox sahib olmaqla, qol imkanları yaratdıq. "Qarabağ" kimi yüksək səviyyəli komanda ilə qarşılaşırsansa, seyvlər etmək məcburiyyətində olursan. İkinci qolu buraxmamağımız önəmli rol oynadı".

Avrokuboklarda 42-ci oyununu keçirən və bu baxımdan İrlandiya çempionatında çıxış edənlər arasında rekordu yeniləyən Rocers cavab matçına ümidlə baxır: "Əminəm ki, səfərə uğurlu nəticə üçün gedəcəyik və bunu da bacaracağıq. Əgər istədiyimiz nəticəni əldə etsək, bu, bizim üçün böyük oyun olacaq. çempionlar Liqasında II mərhələyə yüksələcək təcrübəyə sahibik. İndi evdən kənarda da qol vurmalıyıq. Ancaq ilk görüşün harda keçirildiyini oyunumuzla göstərməyimizdən məmnunuq. "Qarabağ"la görüşdən çox şey öyrəndik".

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 31-də Bakıda keçirləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest