"Qarabağ" İtaliyadan qapıçı transfer etməyə hazırlaşır. Matc.az xəbər verir ki, bu barədə məlumatı yüksək tirajlı "La Gazzetta dello Sport" nəşri yayıb.

Bildirilir ki, qapıçı axtarışında olan Azərbaycan çempionu "Udineze"nin qolkiperi Simone Skuffetə "elçi düşüb". Hətta ağdamlıların 23 yaşlı italiyalıya təklif göndərdiyi və Skuffetin bunu nəzərdən keçirdiyi vurğulanıb. Futbolçu qərarını yaxın günlərdə açıqlayacaq.

"Udineze"nin yetirməsi olan Simone Skuffet 2013-cü ildən bu klubun əsas komandasında yer alır. Yalnız 2015-16 mövsümündə "Komo", ötən mövsüm isə "Kasımpaşa"da icarə əsasında çıxış edib. O, İtaliyanın U-17, U-18, U-19 və U-21 yığmalarının fomasını geyinib.

Skuffetin "Udineze" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest