Mövsümlərarası fasilədə "Barselona"dan ayrılan Tomas Vermalenin yeni komandasının adına aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, belçikalı müdafiəçi karyerasını Yaponiyada davam etdirməyə hazırlaşır.

Hazırda azad agent statusu daşıyan 33 yaşlı oyunçu "Vissel Kobe" ilə ilkin razılıq əldə edib. Gün ərzində keçidin açıqlanması gözlənilir. Bununla da Vermalen "Barselona"da olduğu kimi, "Vissel Kobe"də də Andres İnyesta ilə komanda yoldaşı olacaq.

Qeyd edək ki, Tomas Vermalenin bir neçə gün əvvəl "Olimpiakos"a keçidi gözlənilsə də, bu, son anda baş tutmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest