çempionlar Liqasında qrup mərhələsinin II turunun ən yaxşı qoluna namizədlər açıqlanıb. Matç.az saytının məlumatına görə, UEFA azarkeşlərin 4 qol arasında seçim etməsini məsləhət bilib.

Bunlar "Yuventus"un yarımmüdafiəçisi Paulo Dibalanın "Yanq Boyz"la görüşdə (3:0), PSJ-nin lideri Neymarın "Srvena Zvezda" ilə matçda (6:1), "Brügge"li Arno Qreneveldin "Atletiko" önündə (1:3) və "Barselona"nın orta sahə oyunçusu İvan Rakitiçin "Tottenhem"lə oyunda (4:2) vurduğu qoldu.

Qeyd edək ki, Neymar və Dibala bu tur het-trik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest