Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 4-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Yenisey"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:0.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 54-cü dəqiqədə əvəzlənib.
 
"Ximki" dörd turdan sonra maksimum göstərici – 12 xalla 20 kollektiv arasında vahid liderdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest