"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İrlandiyanın "Dandalk" klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Bütün şəraiti nəzərə alsaq, bizim üçün ağır səfər idi. Həm də bəzi zədəli futbolçularımızın olmasına görə oyun planımızda dəyişikliklər oldu. Rəqib həddindən artıq çox istəkli idi, bizim üçün heç də asan olmadı. Amma futbolçuların hər birindən razı qaldım. Cavab matçında maksimum diqqətli olmalıyıq. İnanıram ki, qarşıdakı 1 həftəlik müddətdə komandanı oyuna istədiyimiz kimi tam hazır edəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest