Türkiyənin "Ankaragücü" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Yunanıstan milli komandasının və PAOK-un üzvü Stelios Kitsiunu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı sağ cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
 
PAOK-un yetirməsi olan Kitsiu peşəkar karyerasına 2012-ci ildə məhz bu klubda başlayıb. O, 2017/18 mövsümündə Belçikanın "Sent-Trüden" klubunda icarədə oynayıb. ötən mövsüm isə "Ankaragücü" onu qısa müddətə icarəyə götürmüşdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest