İngiltərənin "Tottenhem" klubunun futbolçusu Vinsent Yanssen Premyer Liqa təmsilçisi ilə vidalaşıb. Matc.az xəbər verir ki, hollandiyalı hücumçu bundan sonra karyerasını Meksika çempionatında davam etdirəcək.
 
O, bu ölkənin "Monterrey" klubuna transfer olunub. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Meksikalıların bu transferə görə "Tottenhem"ə 7 milyon avro təzminat ödədiyi bildirilir.
 
ölkəsində "Almere Siti" və "AZ Alkmaar" klublarının şərəfini qorumuş Yanssen, 2016-cı ildə "Tottenhem"ə transfer edilmişdi. Amma Hollandiya yığmasında 17 oyuna 7 qol vurmuş 25 yaşlı futbolçu London klubunda əsas heyət üzvünə çevrilə bilməyib. O, 2017/18 mövsümündə icarə əsasında "Fənərbaxça"da da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest