"Sevilya" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

La Liqa təmsilçisi serbiyalı yarımmüdafiəçi Nemanya Qudeli transfer edib. Azad agent statusu daşıyan 28 yaşlı futbolçu yeni komandası ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Breda"nın yetirməsi olan Qudel Hollandiyada"Alkmaar" və "Ayaks"ın da formasını geyinib. 2017-ci ildə çinin "Tianjin TEDA" klubuna transfer olunan serbiyalı futbolçu geridə qalan mövsüm "Quançjou Everqrand"da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest