Argentina Futbol Federasiyasının (AFA) prezidenti Klaudio Tapia FIFA Şurasından qovulub. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərarı Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) verib.

Buna səbəb Tapianın Amerika Kuboku-2019 zamanı tənqidi fikirlər səsləndirməsi olub. Belə ki, federasiya rəhbəri yaydığı açıq məktubda Cənubi Amerika futbolunu, eləcə də Braziliya Futbol Federasiyasının rəhbərliyini tənqid etmiş, yarımfinalda Braziliyaya hakim və yararsız meydança ucbatından məğlub olduqlarını iddia etmişdi.

KONMEBOL quruma qarşı irəli sürülən ittihamların ciddiliyi səbəbindən belə bir qərara gəlib. FIFA Şurasında Argentinadan yeni bir nümayəndənin seçiləcəyi tarix məlum deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest