"ötən gün bəzi mətbu orqanlarda guya "Səbail"in fəaliyyətinin dayandırılması, futbolçuların komandadan kənarlaşdırılması ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılmaqdadı. Hesab edirəm ki, bütün bunlara aydınlıq gətirilməsi vacibdi". Matc.az saytının məlumatına görə, bunu "Səbail"in icraçı direktoru Ramin Həsənov deyib.

Klub rəsmisi Premyer Liqanın bürünc mükafatçısının fəaliyyətini dayandırması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O, bunların yanlış informasiya olduğunu bildirib: "Həqiqətən də, iyulun 22-də "Səbail"də klubdaxili iclas keçirilib. Burda qeyri-adi nəsə axtarmağa gərək yoxdu. çünki istənilən klubda bu cür iclaslar vaxtaşırı keçirilə bilər və keçirilir də. Futbolçularla ötən mövsümün yekunları, Avropa Liqasında keçirilmiş oyunlar barədə söhbətimiz olub, digər cari məsələlər barədə müzakirələr aparılıb. Komanda üzvlərinin diqqətinə çatdırılıb ki, ödənişlərdə müəyyən gecikmələr var və mövsüm ərzində bu cür halların yaşanacağı istisna olunmur. Lakin klub hər bir futbolçu qarşısında üzərinə düşən öhdəliyi yerinə yetirəcək. Təəssüf ki, ya iclasda iştirak edən və bu məlumatı ictimailəşdirən bəzi şəxs və ya şəxslərin səhv təqdimatı, ya da bəzi mətbu orqanlarda yanlış anlaşılma ucbatından məsələnin həqiqətə uyğun olmayan interpretasiyası ilə rastlaşırıq. ötən gündən bəri yayılmış söz-söhbətlərin, spekulyativ informasiyaların olmaması üçün klubumuzun məqşçi və futbolçu heyətinə bildirmişik ki, bu məsələ ilə bağlı açıqlama verməsinlər. çünki hər hansı yanlış ifadə sonda klubla bağlı həqiqətə uyğun olmayan məlumatların vüsət almasına gətirib çıxarır".

Ramin Həsənov yayılan xəbərlərin əsassız olduğunu vurğulayıb: "Birmənalı şəkildə bəyan edirəm ki, klubun fəaliyyətini dayandırması və ya dağılması barədə deyilən və yazılanların heç bir əsası yoxdu. "Səbail" böyük tarixə malik klub deyil. Lakin qısa fəaliyyət müddəti ərzində müəyyən nəticələrə nail olmağı bacarıb. "Səbail"in ötən mövsüm bürünc medal qazanması və Avropa Liqasına vəsiqəni təmin etməsi kifayət qədər uğurlu nəticədi. Amma bu müvəffəqiyyət başgicəlləndirici effekt yaratmamalı, bizi eyforiyaya salmamalıdı".

Klub rəsmisi uzunmüddətli strateji məqsədlər uğrunda çalışmağın doğru olduğunu düşünür: "Klubumuzda uşaq-gənclər akademiyasının yaradılması istiqamətində çox yaxşı işlər görülür. Böyük təcrübəyə malik hollandiyalı mütəxəssis akademiyanın fəaliyyətinə rəhbərlik edir. Yəni əsas məqsədlərimizdən biri "Səbail" futbol akademiyasının müasir tələblər və standartlar əsasında fəaliyyətini təmin etməkdi. Digər vacib məsələ Premyer Liqada rəqabətədavamlı kollektivin olmasıdı. Düşünürəm ki, bu potensialımız da var. üçüncü vacib istiqamət isə "Səbail"in əsas komandasının heyətində yerli və gənc futbolçuların çıxışına daha çox şəraitin yaradılmasıdı. Bununla, eyni zamanda, Azərbaycan milli komandalarının heyətinə cəlb olunacaq futbolçularla bağlı seçim imkanını genişləndirə bilərik. Bir faktı qeyd edim ki, UEFA Avropa Liqasında keçiridiyimiz hər iki oyunda start heyətində yerli futbolçuların sayı legionerlərdən çox olub. Bakıdakı oyunda "ilk 11-lik"də 6, səfər qarşılaşmasında isə 7 yerli futbolçu meydana çıxıb. Bu, bizi çox sevindirir. Əlbəttə, bütün bu proseslərdə legioner futbolçuların da öz yeri və payı olacaq. Lakin gələcəyə hesablanmış strategiyamıza uyğun olaraq, legioner futbolçuların sayının çox olmasını planlaşdırmırıq. Heç indi də "Səbail"in heyətində legionerləin sayı çox deyil. "Səbail" uzunmüddətli strateji yanaşma olaraq qeyd etdiyim 3 əsas istiqamət üzrə fəaliyyətini davam etdirəcək və ümidvaram ki, qarşımıza qoyduğumuz hədəflərə çata biləcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest