"çempionlar Liqası artıq daxili birincilik yox, beynəlxalq arenadı. Bura karyeranızın zirvəsi deməkdi". Matc.az saytı xəbər verir ki, bunu "Dandolk"un hücumçusu Patrik Hoban deyib.

75 qolla İrlandiya çempionatları tarixində "Dandolk"un bombardiri olan 28 yaşlı forvard çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək oyunu dəyərləndirib.

Hoban yerli mətbuata açıqlamasında çempionlar Liqasından erkən vidalaşmaq istəmədiklərini söyləyib: "İrlandiya çempionatında 200 və ya 300 oyun keçirə bilərsiniz. Ancaq eyni zamanda çempionlar Liqasındakı matçların sayı iki əlin barmaqları qədərdi. Bu üzdən belə böyük turnirdən möhkəm yapışmaq lazımdı. Bunlar əla xatirələrdi. Doğrudu, rəqib olduqca güclü və bu turnirin daimi iştirakçısıdı. Ancaq yaxın keçmişdə futbolda gözlənilməz nəticələrə çox rast gəlmişik. Bu səbəbdən biz də növbəti mərhələ iddia edəcəyik".

Qeyd edək ki, bu gün "Oriel Park"da keçiriləcək "Dandolk" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest