Topaz Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib. Matç.az saytı xəbər verir ki, "Keşlə" rəhbərliyi Mladen Milinkoviçi istefaya göndərib.

Bunu klubun rəsmi saytı açıqlayıb. Onunla klub arasında qarşılıqlı razılışma əsasında müqaviləyə xitam verilib.

Baş məşqçinin istefasına uğursuz nəticələr səbəb olub. Belə ki, keçirdiyi 8 görüşdə cəmi 5 xal toplayan "Keşlə" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

"Səbail"lə IX turun görüşündəki 1:2 hesablı məğlubiyyət isə klub prezidenti Zaur Axundovun səbr kasasını daşırıb. Nəticədə serbiyalı postundan kənarlaşdırılıb.

Qeyd edək ki, "Keşlə" oktyabrın 31-də "Qarabağ"la VII turdan təxirə salınmış oyununda üz-üzə gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest