çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Dandolk" oyununun hakimləri müəyyənləşib. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA cavab qarşılaşmasına Norveçdən olan briqadanı göndərəcək.

"Dalğa Arena"da baş tutacaq matçı Svein Oddvar Moen idarə edəcək. Ona Maqnus Lundberq və İsaak Elias Skyeset Basevkin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 31-də keçiriləcək cavab görüşü saat 21:00-da start götürəcək. Bu komandalar arasında ilk oyun isə sabah baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest