Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Dandolk" - "Qarabağ" görüşü canlı yayımlanacaq. Sabah baş tutacaq qarşılaşma yerli kanallardan biri vasitəsilə azarkeşlərə təqdim olunacaq.

çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Dandolk" - "Qarabağ" görüşü canlı yayımlanacaq. Matc.az xəbər verir ki, bu barədə İrlandiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, sabah baş tutacaq qarşılaşma yerli kanallardan biri vasitəsilə azarkeşlərə təqdim olunacaq. Oyun konkret olaraq Eir Sport 1 kanalından canlı yayımlanacaq. Azərbaycan kanallarından isə CBC Sport matçı azarkeşlərə canlı təqdim edəcək.

Qeyd edək ki, sabah keçiriləcək "Dandolk" – "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest