Yeni mövsümün hazırlıqlarını davam etdirən "Zirə" Türkiyədə təlim-məşq toplanışındadı. Paytaxt təmsilçisi bu gün qonşu ölkədə ilk yoxlama görüşünü keçirəcək. Samir Abasov yetirmələrini "Konkordiya" ilə qarşılaşmada sınayacaq.

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Zirə" Türkiyədə təlim-məşq toplanışındadı. Matc.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu gün qonşu ölkədə ilk yoxlama görüşünü keçirib.

Samir Abasov yetirmələrini "Konkordiya" ilə qarşılaşmada sınayıb. Rumıniya klubu ilə matç Kızılcahamam stadionunda keçirilib və Bakı vaxtı ilə 18:00-da start götürüb. 90 dəqiqənin sonunda qapılara qol vurulmayıb. Beləcə, komandalar meydanı sülhlə tərk ediblər.

 

Yoxlama görüşü
23 iyul

"Zirə" - "Konkordiya" (Rumıniya) - 0:0
Kızılcahamam stadionu
 

Zirə: 28. Boyan Zoqoviç, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake (k), 25. Miloş Bakraç, 88. Tellur Mütəllimov, 70. Nicat Süleymanov, 4. Elvin Camalov, 8. İlkin Muradov, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 18. Xulio Sezar Rodriqes.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest