"Neftçi" Avropa Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı Tula "Arsenal"ı (Rusiya) ilə səfər oyununa hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün öz bazasında növbəti məşqə çıxıb. 
 
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, "ağ-qaralar" iyulun 24-də səhər saatlarında Tula şəhərinə yola düşəcək.
 
Xatırladaq ki, iyulun 25-də "Arsenal" mərkəzi stadionunda keçiriləcək "Arsenal" – "Neftçi" oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest