Portuqaliyanın "Benfika" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Portuqaliya təmsilçisi "Napoli"dən Karlos Vinisiusu transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
 
"Benfika" Vinisius üçün "Napoli"yə 17 milyon avro təzminat ödəyib.
 
2018-ci ilin yayında 4 milyon avro qarşılığında "Napoli"yə keçən Vinisius, son mövsümü icarə əsasında "Monako"da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest