"Yəni qalib gəlməklə, xal fərqini artıracağımızı anlayırdıq. Buna görə də oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. Həm də deyərdim ki, bu oyun Azərbaycanın "El-Klassiko"sudu"

"Bu, 6 xallıq oyun idi. Rəqib ən yaxın izləyicimizdir və bir pillə aşağıda qərarlaşıb". Matç.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Dario Federiko "Qarabağ"la oyundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Braziliyalı yarımmüdafiəçi 3:1 hesablı qələbəyə şərh verib: "Yəni qalib gəlməklə, xal fərqini artıracağımızı anlayırdıq. Buna görə də oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. Həm də deyərdim ki, bu oyun Azərbaycanın "El-Klassiko"sudu. Rəqibin gücünə, futbolçularının fərdi keyfiyyətinə bələd idik. Məşqçilərimiz həftəboyu rəqibin zəif nöqtələrini düzgün analiz etmiş, bunu bizə düzgün çatdırmışdılar. Biz də çalışdıq ki, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirək. çox şadam ki, bu bizdə yaxşı alındı və istədiyimiz nəticəni əldə edə bildik. Qələbə münasibətilə azarkeşlərimizi, bütün "Neftçi" camiəsini təbrik edirəm. Artıq sabahdan növbəti oyun haqda düşünməliyik".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest