çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Matc.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində "Qarabağ"ın da potensial rəqibi müəyyənləşib.

Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi olan Ağdam təmsilçisinin II raundda İrlandiya klubu "Dandolk"la təşkil etdiyi cütlüyün qalibi III mərhələdə "Sutyeska" (Monteneqro) - APOEL (Kipr) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" yoluna davam edəcəyi təqdirdə, III raundda ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları 24-31 iyulda, III raundun görüşləri isə avqustun 6-7-də və 13-14-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest