Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə əvvəlki raundun 12 cütü və mübarizəyə birbaşa qoşulacaq 8 klub iştirak edib. Həmçinin püşkatma zamanı ölkəsində çempion olmayanlar Liqa yolunda növbəti rəqiblərini tanıyıblar.

Bu gün çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Matc.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə əvvəlki raundun 12 cütü və mübarizəyə birbaşa qoşulacaq 8 klub iştirak edib.

Həmçinin püşkatma zamanı ölkəsində çempion olmayanlar Liqa yolunda növbəti rəqiblərini tanıyıblar.

 

çempionlar Liqası

III təsnifat mərhələsi

çempionlar yolu

çFR (Kluj, Rumıniya)/"Makkabi" (Təl-Əviv, İsrail) cütünün qalibi - "Seltik" (Şotlandiya)/"Nomme Kalyu" (Estoniya) cütünün qalibi

"Sutyeska" (Monteneqro)/APOEL (Kipr) cütünün qalibi - "Dandolk" (İrlandiya)/"Qarabağ" (Azərbaycan) cütünün qalibi

PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya)

"Saburtalo" (Gürcüstan)/"Dinamo" (Xorvatiya) cütünün qalibi - "Ferensvaroş" (Macarstan)/"Valletta" (Malta) cütünün qalibi

"Srvena Zvezda" (Serbiya)/HİK (Finlandiya) cütünün qalibi - TNS (Uels)/"Kopenhagen" (Danimarka) cütünün qalibi

"Maribor" (Sloveniya)/AIK (İsveç) cütünün qalibi - BATE (Belarus)/"Rusenborq" (Norveç) cütünün qalibi

 

Liqa yolu

"Başakşəhər" (Türkiyə) - "Viktoriya" (çexiya)/"Olimpiakos" (Yunanıstan) cütünün qalibi

"Krasnodar" (Rusiya) - "Portu" (Portuqaliya)

 "Brügge" (Belçika) - "Dinamo" (Kiyev, Ukrayna)

PSV (Hollandiya)/"Bazel" (İsveçrə) cütünün qalibi - LASK (Avstriya)

 

Qeyd edək ki, çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 6-7-də və 13-14-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest