Futbol üzrə Rumıniya çempionatının 2-ci turu çərçivəsində keçirilən "Dinamo" (Buxarest) - "Universitatya Krayova" matçında gözlənilməz hadisə yaşanıb. Matc.az xəbər verir ki, qarşılaşmanın 25-ci dəqiqəsində Buxarest təmsilçisinin baş məşqçisi Evgen Naqoenin səhhətində problem yaranıb. özünü pis hiss etməyə başlayan 51 yaşlı mütəxəssisin ürəyi gedib. 
 
Klub həkimləri dərhal ona yardım göstərməyə başlayıblar. Hadisə yerinə təcili yardım maşını gətirilib. Bu üzdən baş hakimi oyunu da dayandırmalı olub. Təxminən 15 dəqiqə çəkən fasilə müddətində həkimlər çətinliklə də olsa, Naqoenin ürək fəaliyyətini bərpa edə biliblər. Yalnız bundan sonra rumıniyalı məşqçi təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Onun müalicəsinin davam etdirildiyi bildirilir.
 
Qarşılaşma isə qaldığı yerdən davam etdirilib və meydan sahibləri məğlubiyyətlə üzləşiblər. Bir neçə gün öncə Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Səbail"i mübarizədən kənarlaşdıran "Universitatya Krayova" meydanı 2:0 hesablı qələbə ilə tərk edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest