Futbol üzrə Latviya çempionatında 22-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi "Liepaya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Yelqava" ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Vüqar da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.
 
"Liepaya" hazırda 25 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest