15 qolun qeydə alındığı görüşdə Azərbaycan futbolçuları meydanı 5:10 hesablı məğlubiyyətlə üzləşiblər.

çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın paytaxtı Moskvada təşkil olunan dünya çempionatının seçmə çərçivəsində ilk oyununa çıxıb. Matc.az xəbər verir ki, millimiz İspaniya ilə üz-üzə gəlib.
 
15 qolun qeydə alındığı görüşdə Azərbaycan futbolçuları meydanı məğlubiyyətlə tərk ediblər - 5:10.
 
Millimiz iyulun 22-də isə Latviya yığması ilə qarşılaşacaq.
 
İlk turda qarşılaşmalı olduğumuz Ukrayna millisi isə Rusiyadakı turnirdə iştirakdan imtina edib. Bu üzdən də qazanılacaq nəticələrdən asılı olmayaraq, hər 3 komanda növbəti mərhələdə də iştirak edəcək.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest