Almaniyanın "Boxum" klubunda forma geyinən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Barış Ekincier karyerasını Avstriyada davam etdirəcək. Matc.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi bu ölkənin "Austriya Klaqenfurt" klubuna icarəyə verilib. Bu barədə Avstriya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
 
Barış, 2019/20 mövsümünü "Austriya Klaqenfurt"da keçirəcək.
 
Millimizin üzvü 2018-ci ilin yayında "Bohum"a keçmişdi. Lakin uzun müddət zədədən əziyyət çəkən futbolçu bu komandada elə də çox forma şansı qazanmırdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest