Hollandiyanın "Feyenoord" klubunun yarımmüdafiəçisi Orkun Kökçü milli komanda ilə bağlı seçimini edib. Matc.az xəbər verir ki, Türkiyə və Hollandiya Futbol Federasiyalarından təklif alan 18 yaşlı futbolçu "ay-ulduzlular"ı seçib. Bu barədə "NTV Spor" məlumat yayıb.
 
Orkun Hollandiyanın U-19 yığmasında 7 oyun keçirib. ötən mövsüm "Feyenoord"da 12 matçda meydana çıxan yarımmmüdafiəçi 4 qol vurub və eyni sayda məhsuldar ötürmə müəllifi olub.
 
Qeyd edək ki, Orkunun böyük qardaşı Ozan Can Kökcü 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest