Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 3-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Tekstilşik"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 58-ci dəqiqədə əvəzlənib.
 
"Ximki" üç turdan sonra maksimum xalla 20 kollektiv arasında zirvədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest