İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) çıxış edən "Piterboro Yunayted" bu oyundan qələbəylə ayrılıb - 3:1.

İngiltərənin "Piterboro Yunayted" klubu yeni mövsümə hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin bu yay transfer olunduğu sözügedən klub digər İngiltərə təmsilçisi "Barnet"lə qarşılaşıb.
 
İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) çıxış edən "Piterboro Yunayted" bu oyundan qələbəylə ayrılıb – 3:1.
 
Serhat da bu qarşılaşmanın iştirakçısı olub. O, fasilədən dərhal sonra meydana buraxılıb. Komandasının sonuncu qolunu da millimizin üzvü vurub. Taşdemir 64-cü dəqiqədə uzaq məsafədən rəqib qapısına yol tapmaqla baxımlı qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest