"Qarabağ"ın UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Dandolk" İrlandiya çempionatının növbəti turunda da meydana çıxmayacaq. Matc.az xəbər verir ki, sözügedən komandanın 27-ci turda "Sent Patriks Atletiks" klubu ilə səfər oyunu təxirə salınıb. "Dandolk" bununla Ağdam klubu ilə matçlara daha yaxşı hazırlaşmaq məqsədi güdür. İyulun 26-da keçirilməli olan qarşılaşmanın vaxtı dəyişdirilib.
 
Xatırladaq ki, "Dandolk"un iyulun 19-da 26-cı tur çərçivəsində keçirilməli olan "Kork Siti" ilə oyunu da "Riqa" ilə çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşünə görə təxirə salınmışdı.
 
"Qarabağ"la "Dandolk" arasında ilk oyun iyulun 24-də İrlandiyada keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cavab matçı isə 1 həftə sonra "Dalğa Arena"da baş tutacaq və yerli vaxtla 21:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest