Azərbaycanlı FİFA referisi beynəlxalq turnirə təyinat aldı
Çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov daha bir təyinat alıb. Matc.az xəbər verir ki, o, beynəlxalq turnirdə ədaləti qoruyacaq. Məmmədov ali futbol qurumu tərəfindən keçiriləcək “FIFA Beach Soccer World Cup UAE 2024” turnirinin oyunlarında fit çalacaq.



























